Cavid Qurbanovun QSC-dən çıxarılan qalmaqallı kadrına yeni vəzifə verildi

img

01-05-2023 [11:47]


“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) baş direktoru Ruslan Ağabəyli vəzifəsindən azad olunub.

Məlumata görə, onun yerinə Hicran Valehov təyin edilib.

O, indiyə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İdarə Heyətinin sədr müavini olub.

R.Ağabəylinin isə STP-nin törəmə şirkətlərindən birinə rəhbər təyin edildiyi bildirilir(Report).

Xatırladaq ki, bir neçə gün əvvəl Hicran Valehovun fəaliyyəti ilə bağlı ciddi nöqsanlar aşkarlandığı və buna görə, sədr müavini yola salınıb.

Mia.az xatırladır ki, Hicran Valehovun adı sabiq sədr, hazırda rabitə nazirinin müavini olan Cavid Qurbanovla həm ölkə daxilində, həm də xaricində şübhəli şərikli biznes əlaqələrində hallanıb.

Samir Musayev

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR