“Azərsu” ASC-nin əməkdaşı həbs edildi

img

01-05-2023 [10:57]


Barəsində beynəlxalq axtarış verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda tutulub.

MİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, İnterpol vasitəsilə dövlətlərarası axtarışa verilmiş 1977-ci il təvəllüdlü Vüsal Yasin oğlu Mürşüdlü qonşu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Qeyd edək ki, Vüsal Mürşüdlü daha əvvəl xeyli müddət “Azərsu” ASC-də çalışıb. O, daha sonra tikinti işləri ilə məşğul olub və bir neçə nəfərdən tikinti məqsədilə xeyli pul alıb vədinə əməl etməmə ittihamı ilə barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə iş açılıb. İstintaq müddətində V.Mürşüdlünün ölkəni tərk etməsi üzə çıxıb.
 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA