Səlim Müslümovun məhkəməsi təxirə salınıb

img

29-04-2023 [09:06]


Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mia.az-ın məlumatına görə, Səlim Müslümovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Məlumata görə, proses gələn həftəyə təyin olunub.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

O, 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb(Trend).


Digər xəbərlər
SON XƏBƏRLƏR