Şirvanda akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
28-04-2023 [23:47]
Aprelin 28-də əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə Şirvan Şəhər Mədəniyyət Mərkəzində “Zərifə Əliyeva – ürəklərdə əbədi yaşayan işıqlı xatirə” adlı tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib.
Öncə Zərifə xanım Əliyevanın əziz xatirəsinə ehtiram əlaməti olaraq büstü önünə tər gül dəstələri düzülüb, foto-rəsm sərgisi ilə tanış olunub və Zərifə xanım Əliyevaya həsr olunmuş sənədli film izlənilib.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbirdə məruzə ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 3 noyabr tarixli Sərəncamına əsasən akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinin ölkəmizdə, o cümlədən Şirvan şəhərində də geniş qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, görkəmli oftalmoloq-alim, akademik, tibb elmləri doktoru, ictimai xadim, oftalmologiya elmində xüsusi dəst-xətti ilə iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, vətən naminə gördüyü böyük işləridir. Zərifə xanımın timsalında biz qadının zərifliyi ilə qüdrətinin birləşməsini, Azərbaycan qadınının ən yaxşı keyfiyyətlərinin unikal vəhdətini görürük. Zərifə xanımın həm də bir qadın olaraq dövlət xadiminin qızı, dövlət xadiminin həyat yoldaşı, dövlət xadiminin anası kimi ətrafında nə qədər məsuliyyət cəmləşdiyinin şahidi oluruq.
İlqar Abbasov həmçinin qeyd edib ki, Zərifə xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, işini mükəmməl bilən həkim, həmçinin Azərbaycanda uğurlu qadın obrazını formalaşdıran ictimai xadim idi. Zərifə xanımın unudulmaz xatirəsi Möhtərəm Prezidentimiz İlham Əliyevin Müzəffər sərkərdə missiyasında yaşayır.
Sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin müdiri Mətanət Səfərova akademik Zərifə xanım Əliyevanın dərin və mənalı ömür yolu, elmi və akademik fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Zərifə xanımın fitri istedada malik novator alim kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Tədbir respublikamızın və şəhərimizin tanınmış incəsənət ustalarının, mədəniyyət ocaqlarının kollektivlərinin rəngarəng konsert proqramı ilə davam edib.
Mia.az
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub