Şirvan Milli Parkına yeni direktor təyin edilib

img

28-04-2023 [15:22]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkına yeni direktor təyin edilib.

Məlumata görə, bu vəzifəyə Seymur Kərimov təyinat alıb.

1978-ci il təvəllüdlü Kərimov Seymur Maarif oğlu Salyan şəhərində anadan olub. O, bundan əvvəl Şirvan Milli Parkında müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Şirvan Milli Parkı Bakı şəhərinin Qaradağ rayonu, Salyan və Neftçala rayonları ərazisində yerləşir(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA