"Azəriqaz” bu dəfə Bakıda sakinlərini "yükləyib" - Sayğacın xarablığı rəsmən təsdiqlənib, ancaq İB yenə öz oyunundadır
27-04-2023 [23:53]
"Azəriqaz” İstehsalat Birliyi Bakının Yasamal rayonunda yerləşən Qurban Xəlilov küçəsi, 5 ünvanında yaşayan çoxmərtəbəli yaşayış binasınn sakinlərindən işlətmədikləri qazın müqabilində nə az, nə çox 1500 manat pul ödəməyi tələb edir.
Mia.az xəbər verir ki, bunu binanın sakinləri anews.az-a ünvanladıqları şikayətdə bildiriblər.
Sakinlər bildirir ki, "Yasamal-15” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan binanın öz qazanxanası var və qazanxanın qaz sərfiyyatını "Azəriqaz” İB-nin binada quraşdırdığı sayğac hesablayır. Amma bu sayğac 2020-ci ilin may-iyununda sakinlərin işlətdiyindən daha çox qaz sərfiyyatı qeydə alıb.
Nəticədə "Azəriqaz” sakinlərdən əlavə pul ödəməyi tələb edib.
Belə ki, göstəriciləri müqayisə etməklə bunu aydın görmək olar:
05.2018 - 3231 m3;
06.2018 - 2545 m3;
iki ay ərzində cəmi: 5776 m3;
05.2019 - 3764 m3;
06.2019 - 2793 m3;
iki ay ərzində cəmi: 6557 m3;
05.2020 - 4323 m3;
06.2020 - 9992 m3;
iki ay ərzində cəmi: 14315 m3;
05.2021 - 2998 m3;
06.2021 - 1658 m3;
iki ay ərzində cəmi: 4656 m3;
05.2022 - 4418 m3;
06.2022 - 2152 m3;
iki ay ərzində cəmi: 6569 m3;
Amma bu rəqəmlər "Azəriqaz”İB üçün yetərli olmayıb. Sakinlərin dəfərlərlə etdikləri müraciətdən sonra "Azəriqaz" İB-nin Yasamal rayon idarəsinin əməkdaşları sayğacı labaratoriya yoxlamasına göndərib və onun yerinə yeni sayğac quraşdırıblar.
"Azəriqaz"ın Metrologiya Laboratoriyasında sayğacın yoxlanılması nəticəsində onun nasaz olması və istifadə olunmuş qaz göstəricilərinin real sərfiyyatdan iki dəfədən çox artıq olması bəlli olub. Amma bunun sübut edilməsinə baxmayaraq, "Azəriqaz” sakinlərə təqdim etdiyi 1500 manatlıq borcu silməyib və sakinlərə real faktura kəsməyiblər.
Sakinlər dəfələrlə "Azəriqaz" sədri Ruslan Əliyevə şəxsən müraciət etdiklərini də bildirir. Amma müəssisə rəhbəri də onlara yardımçı olmayıb.
Son 2022-ci ilin noyabrında Müştərək Cəmiyyət "Azəriqaz"ın baş ofisinin yerləşdiyi ərazi üzrə Bakının Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciər edib.
Lakin bir ay sonra Kommersiya Məhkəməsinə müraciət etmək təklifi ilə iddianın qəbulundan imtina cavabı gəlib. Sentyabrda Kommersiya Məhkəməsinə müraciət olunub, noyabrın sonlarında bu məhkəmədən Xətai Rayon Məhkəməsinə müraciət edilməli olduğu haqqında cavab gəlib.
Düz 3 ay davam edən get-gəldən sonra 2022-ci ilin dekabrında Müştərək Cəmiyyətin Xətai Rayon Məhkəməsinə təkrar müraciəti nəhayət ki, qəbul olunub və ilk iclas 2023-cü il yanvarın 13-də təyin edilib.
Hakim Pərviz Zamanlı üç nəticəsiz məhkəmə iclası keçirib, hər iclasda sakinlərin nümayəndəsindən sakinlərin adından danışmaq hüququnu təsdiq edən arayış tələb edib.
Sakinlərin sözlərinə görə, martın 9-da keçirilən sonuncu iclasda iddia ərizəsini qarşısına qoyan hakim sakinlərin nümayəndəsinə "Siz nə tələb edirsiz?" sualını verəndə isə sakinlərin tamam matı quruyub.
Komendantın iddiada "Azəriqaz"ın qaz sərfiyyatını yenidən hesablamağa və real fakturanı təqdim etməyə çağırılması xahişinin yer aldığı barədə cavabı hakimi qane etməyib. "Başa düşmürəm, nə istəyirsiniz, qoy vəkiliniz və ya "Yasamal-15” Müştərək Cəmiyyətinin sədri gəlsin" deyən hakim iclası daha bir ay da təxirə salıb.
Sakinlər deyir ki "Azəriqaz"ın nümayəndəsi sonuncu iclasdan başqa heç bir iclasa gəlməyib və yay aylarında qazanxana işləmədiyi halda qaz sərfiyyatının necə isitmə mövsümündəki ilə eyni ola biləcəyi haqqında suala cavab verə bilməyib.
Məsələ ilə bağlı "Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyevə müraciət etdik. Məsələni araşdıran qurum sözçüsü bildirdi ki, hazırda iş məhkəmədədir. Məhkəmə nə qərar versə, İB onu yerinə yetirəcək.
Bir tərəfdən "Azəriqaz" əməkdaşları tərəfindən qanunsuzluq, digər tərəfdən məhkəmə orqanlarının bu qanunsuzluğu açıq şəkildə dəstəkləməsi ilə üzləşdiklərini deyən sakinlər bildiri ki, "Azəriqaz” rəhbərliyində kadr dəyişikliyi olsa da bu idarənin iş üsulunda heç nə dəyişməyib.
İndi onların ümidi Ali Məhkəmə sədri İnam Kərimovadır. Çünki məhkəmə sakinlərin son ümid yeridir.
Mia.az
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı
Agentlik büdcənin "ağzı"nı taybatay açıb - Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
Axtarışda olan iki azərbaycanlı Gürcüstandan ekstradisiya olunub