Qarabağ erməniləri hansı ölkələrə köçəcəklər? - Elxan Şahinoğlu yazır
27-04-2023 [18:30]
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinn rəhbəri
***
Azərbaycan qanunları ilə yaşamaq istəməyən, eyni zamanda hadisələrin əleyhlərinə inkişaf edəcəyini proqnozlaşdıran Qarabağ erməniləri hansı ölkələrə köçmək istəyəcəklər?
Qarabağın imkanlı erməniləri ABŞ və Avropa ölkələrindən birinə köçməyi arzulayırlar. Bu ölkələrdə qohumları olanlar artıq bu imkandan istifadə ediblər.
Ancaq belələrinin Qarabağda az olduğunu ehtimal etmək mümkündür, imkanı olanlar Qərb ölkələrinə köçüblər. Qarabağın nisbətən orta təbəqəsi Rusiyanın müxtəlif vilayətlərinə köçmək istəyəcək. Belə yerlərdən biri Krasnodardır. Rusiyanın bu bölgəsində ermənilər kompakt yaşayırlar.
Rusiyanın Qara dənizə çıxışı olan kurort şəhərlərində də ermənilərin sayı çoxdur. Əhalisi qocalan və artmayan Rusiyanın işçi qüvvəyə ehtiyacı var. Ona görə də Qarabağ erməniləri Rusiyanın adı çəkilən vilayətlərində özlərinə uyğun iş tapa bilərlər. Qarabağın ən kasıb təbəqəsi çarəsiz durumda Ermənistana köçəcək, ancaq İrəvanda iş imkanları az olduğuna görə onlar paytaxtdan aralı qəsəbələrdə yerləşmək məcburiyyətində qalacaqlar.
Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin Qarabağdan köçünü necə sürətləndirmək olar? Belə fikirlər yayılır ki, evlərini 60 və 100 min dollara satmağa çalışan Qarabağ ermənilərinin həmin evlərini almaq lazımdır ki, yaxın gələcəkdə azərbaycanlılar Xankəndinə qayıda bilsinlər. Yaxşı ideyadır, ancaq bunun həyata keçirilməsi mexanizmi mürəkkəbdir. Belə bir qərar verilərsə, evlərin alınmasında baş rolu dövlət oynamalıdır.
Dövlət evlərin alınması məqsədilə həm maliyyə ayırmalı, həm də Xankəndinə qayıtmaq istəyən azərbaycanlıların təhlükəsizlik məsələlərini həll etməlidir. Sonuncu məsələ həm də ona görə vacibdir ki, Qarabağı tərk etməyərək Azərbaycan qanunları ilə yaşamaq istəyən ermənilər də olacaq, azərbaycanlılar Xankəndidə onlarla birgə yaşayacaqlar. O da mümkündür ki, köçmək istəyənlər qalmaq istəyənləri üstələyəcək. Bu halda Xankəndidə əhalinin nisbəti azərbaycanlıların xeyrinə olacaq.
Rusiyaya köçmək istəyən Qarabağ ermənilərini bu işə təşviq etmək üçün xüsusi plan hazırlana bilər. Mürəkkəb görünsə də, Qarabağ ermənilərinin Rusiyaya köçərək iş tapmalarına yardımçı olmaq mümkündür. Bunun üçün Rusiyanın bölgələrində işçi qüvvəyə ehtiyacı olan bölgələr araşdırılmalı və ermənilərin ora köçmələrini sürətləndirmək üçün bütün imkanlardan istifadə edilməlidir. Bu, bir beyin oyunudur. Məqsədimiz Azərbaycan qanunlarını ilə yaşamaq istəməyən Qarabağ ermənilərinin ərazimizi tərk etməsini sürətləndirməkdir. Bunun üçün bütün imkanlardan istifadə olunmalıdır ki, hədəfə tez çataq. Bu İrəvanın, separatçıların və onlara dəstək verən Qərbdəki bəzi mərkəzlərin göstərməyə çalışdığı etnik təmizləmə deyil. Bu, Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin təhlkəsiz şəraitində ölkə ərazisinin tərkinə şərait yaratmaqdır. Azərbaycan qanunlarını və pasportlarını qəbul edən ermənilər Qarabağda həyatlarına davam edəcəklər.
MIA.AZ
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub