Allahı və yaradılışı inkar etmək məqsədilə yaradılan nəzəriyyə...
27-04-2023 [16:14]
Darvinistlər iddia edirlər ki, insanlar darvinizmi və Darvini “Darvin adlı ağılsız!”, “Ay camaat, baxın, biz meymuna necə bənzəyirik, deməli, biz meymundan əmələ gəlmişik” deyərək müxtəlif provokasiyalarla səthiləşdiriblər.
Halbuki bu, hiylədir. Heç bir provokasiya yoxdur. Sadəcə son illərdə insanlara bilmədikləri həqiqətlər açıqlanmışdır. Onlara illərlə aldadıldıqları sübut edilmişdir. Darvinizmin yalan olduğu, ancaq təbliğat yoluyla dirçəldildiyi, darvinistlərin – vəziyyətdən çıxmaq üçün – saxta dəlillər uydurduğu, bircə dənə də ara-keçid fosili olmadığı halda insanları “ara fosil tapmışıq”, kimi yalanlarla aldatmağa çalışdığı izah edilmişdir. İnsanlar illərlə gizlədilmiş 100 milyon fosili görüblər. Sərgilərdə şəxsən öz əllərilə bu fosillərə toxunublar və milyon illər boyu canlıların ƏSLA DƏYİŞMƏDİYİNİ qavrayıblar. Artıq onları aldatmaq mümkün deyil.
Darvinistlərin şikayətləndiyi məsələ əslində budur: insanların şüuru açılıb. Darvinizmin cəfəngiyyat olduğunu anlayıblar. Ona görə təkamülçülər darvinizmin səthiləşdirildiyi bəhanəsiylə narahatlıqlarını ifadə edirlər. Halbuki darvinizm səthiləşdirilməyib, sadəcə darvinizmin bəsit, saxta üzü ortaya çıxarılıb.
Darvinizm “təsadüfən palçıqlı suda ilk hüceyrə əmələ gəlib” iddiasıyla ortaya çıxmış bir nəzəriyyədir. Canlı müxtəlifliyinin təsadüfən şüursuz, kortəbii proseslərlə əmələ gəldiyini iddia edir. Canlıların qanad, üzgəc, tük, quyruq və s. kimi mürəkkəb orqanlarını da kortəbii təsadüflərlə əlaqələndirirlər. Darvinistlər nə qədər qarşı çıxsalar da, bu nəzəriyyə “məhz meymuna bənzədiyi üçün insanın meymundan əmələ gəldiyini” iddia edir. Bu qədər sadədir.
Təkamülçülər darvinizmin bu bəsit məntiqinin üzə çıxmasından narahatdırlar və buna görə də son dövrlərdə “meymunlar əslində əcdadımız deyil, qohumlarımızdır” iddiasının arxasına sığınırlar. Halbuki bu da eyni hiylədir. Darvinizm “insan primatlardan əmələ gəlib” dedikdə başqa mənamı çıxır? Ha meymun, ha primat, nə fərq var ki? Bu, eyni köhnəlmiş yalan və azğın iddia deyilmi? “İnsanın əcdadı primatdır” və ya “insanın əcdadı primatla eynidir” dedikdə bu saxta nəzəriyyə elmi hal alır? Əlbəttə, xeyr. Bu, çirkin söz oyunundan istifadə edərək eyni yalana davam etməkdən başqa bir şey deyil. Bu şəkildə insanlar alçaldılır.
Yəqin ki darvinistlərin narahatlığı dövrümüzdə darvinizmin süqut etməsindən qaynaqlanır. Darvinizmi israrla elmi nəzəriyyə kimi göstərməyə çalışmaları, nəzəriyyənin “bir neçə xüsus istisna olmaqla” tamamilə sübut edildiyini iddia etmələri, insanların bu köhnəlmiş nəzəriyyəni ələ salmalarından şikayətlənmələri də bunun əlamətidir. Çünki darvinistlər bunu gözləmirdilər. Darvinizmə yeganə sübut verəcəyi gözlənilən paleontologiya elmi HEÇ BİR ARA-KEÇİD FOSİL ortaya çıxara bilməyib. 100 milyon fosil üzə çıxarılmışdır və bunların HAMISI YARADILIŞI SÜBUT EDİR. Bütün fosillər mükəmməl canlılara aiddir. Bu fosillərdə heç bir natamam, yarı-formalaşmış, anormal orqan yoxdur. Üstəlik, bu fosillərin böyük əksəriyyəti dövrümüzdəki canlılarla eynilik təşkil edir. MİLYON İLLƏR BOYU CANLILAR DƏYİŞMƏYİBLƏR. Yəni TƏKAMÜL YOXDUR.
Darvinistlər bu dəhşətli dəlili gördükdə həll yolunu fosilləri GİZLƏTMƏKDƏ görüblər (bunu daha əvvəl də etmişdilər. 540 milyon illik Kembri fosillərini darvinizmə ciddi zərbə vurduğu üçün düz 70 İL GİZLƏDİBLƏR). Ancaq fosillərin gizlədildiyi yerdən çıxarılması onları şoka salmışdır. İnsanlar artıq darvinizmi qəbul etmək bir yana dursun, bu saxta nəzəriyyəni ələ salırlar. Darvinistlər artıq insanların həqiqi elmi dəlillərlə şüurunun açılmasının qarşısını ala bilmirlər.
Son olaraq bunu da əlavə edim. Allah canlıları təkamülləşdirmədən, yəni növləri başqa növlərə çevirmədən bir anda yoxdan var etmişdir. Hər biri Allahın qüdrəti və hakimiyyəti ilə meydana gətirdiyi qüsursuz sistemlərin nəticəsidir.
Allah istədiyini istədiyi şəkildə və zamanda bənzərsiz yaradan, yoxdan var edəndir. Hər cür əksiklikdən uzaq olan, heç bir şeyə ehtiyac duymayandır. Beləliklə, Allah`ın yaratması üçün heç bir səbəbə, mərhələyə, vasitəyə ehtiyac yoxdur. Dünyada hər şeyin müəyyən səbəblərə, təbiət qanunlarına bağlı olması kimsəni yanıltmamalıdır. Allah bütün bu səbəblərin yaradıcısı olaraq bunlardan tamamilə münəzzəhdir.
Nəzakət
MİA.AZ
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı
Agentlik büdcənin "ağzı"nı taybatay açıb - Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
Axtarışda olan iki azərbaycanlı Gürcüstandan ekstradisiya olunub