Nazir 168 məktıb direktoruna xəbərdarlıq, 6-na isə töhmət verdi - SƏBƏB

img

26-04-2023 [14:20]


Qida blokunda nöqsanlara yol verən 6 məktəb direktoruna töhmət verilib, 168-nə xəbərdarlıq edilib.

Mia.az Elm və Təhsil Nazirliyinə istinadla xəbər verir iki, 2022-2023-cü illər ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirildiyi və nöqsanlara yol verən şəxslər barədə qanunamüvafiq tədbirlər görüldüyü barədə ictimaiyyətə daha əvvəl məlumat verilib: "Qeyd olunan məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, nöqsanlara yol verən 6 ümumi təhsil müəssisəsinin rəhbərinə Əmək Məcəlləsinə əsasən töhmət verilib, 168 ümumi təhsil müəssisəsinin rəhbərinə isə xəbərdarlıq edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR