“Ulduz de mənə" yarışmasının ömrü qısa çəkdi - Müsabiqə dayandırıldı

img

26-04-2023 [13:35]


Hülya Avşarın uzun fasilədən sonra ekrana qayıtdığı “Ulduz de mənə" yarışmasının ömrü qısa çəkib.

Mia.az xəbər verir ki, reytinqlərdə arzulanan  uğuru qazana bilməyən yarışma üçüncü bölümü ilə ekranla vidalaşıb.

"Kanal D" telekanalında Hülya Avşar, Zəfər Algöz, Hamdi Alkan, Büşra Pekin və Tansel Öngelin iştirak etdiyi yarışma 3 həftə əvvəl yayımlanmağa başlayıb.

Türkiyə mətbuatı yazır ki, istedad axtarışına start verən müsabiqənin birinci hissəsi canlı yayımlanıb. Digər iki bölüm üçün də reklamalara böyük pullar xərclənsə də, gözlənilən effekt alınmayıb.

Ləman

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA