Avrasiya Mətbuat Fondunun işçisi Tərtərdə minaya düşdü

img

26-04-2023 [09:40]


Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina partlayıb.

Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Mia.az-a bildirilir ki, piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb.

Qeyd edilib ki, xəsarət alan şəxs Bərdə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir və həyatı təhlükəsi yoxdur.

Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğöludur.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR