Məşhur biznesmen güllələndi - Cangüdəni tərəfindən

img

26-04-2023 [08:47]


Ankaranın Çankaya rayonundakı biznes mərkəzində Ankara Ticarət Palatasının keçmiş sədr müavini Mehmet Aypək mühafizəçisi tərəfindən güllələnib.

Mia.az xəbər verir ki, Muhsin Yazıcıoğlu küçəsində yerləşən iş mərkəzinə gələn Halil G. 73 yaşlı məşhur biznesmen Mehmet Aypekə tapança ilə atəş açaraq yaralayıb.

Məlumata görə, hadisə yerinə yaxın olan və silah səslərini eşidən polislər cangüdəni dərhal həbs ediblər.

İş adamı isə ağır vəziyyətdə 100-cü İl Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Xəbərdə o da qeyd olunur ki, Halil iş adamının cangüdəni olmaqla yanaşı, həm də sürücüsü olub.

Onun biznesmeni niyə güllələdiyi barədə hələlik açıqlama verilməyib.

Onu da qeyd edək ki, Mehmet Aypek Ankarada əsaəsn böyük tikinti layihələri həyata keçirən şirkət sahibidir

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR