Kürdəmir sakini özünü güllələyib

img

25-04-2023 [16:32]


Kürdəmir sakini özünə tüfənglə xəsarət yetirib.

Hadisə rayonun Çöl-Qubalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 32 yaşlı Babayev Rəsul Babalı oğlu kənd ərazisində atla gedərkən əlindəki ov tüfəngi anidən açılıb.

Bu zaman o, qarın nahiyəsindən xəsarət alıb.

Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.\Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA