Daha bir partiya fəaliyyətini dayandırdı

img

24-04-2023 [09:02]


Aydınlar Partiyasının növbədənkənar qurultayı keçirilib.

Mia.az xəbər veirr ki, Qurultayda mövcud geosiyasi və siyasi-hüquqi reallıqlar nəzərə alınmaqla partiyanın fəaliyyətinə xitam verilməsi məqsədəuyğun sayılıb.

Məlumatı  partiyanın sədri Qulamhüseyn Əlibəyli verib.

Q. Əlibəyli Meydan TV-nin qurultayın hansı səbəblərdən belə bir qərar verməsi haqda suala konkret cavab verməyib:

Qurultay üzvləri xahiş etdi ki, mediada qərarın səbəbləri barədə geniş izahata ehtiyac görülməsin”.

O, “Siyasi partiyalar haqqında” Qanuna və partiyanın nizamnaməsinə uygun olaraq, Aydınlar Partiyasının ləğv olunması və partiyanın dövlət reyestrindən çıxarılması üçün Ədliyyə Nazirliyinə müraciət edildiyi barədə qərar qəbul olunduğunu bildirib.

Aydınlar Partiyası 2008-ci ilin dekabrında təsis olunub, bir il sonra Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA