“Buna təkcə Rusiya deyil, Ermənistan da hazırdır" - Paşinyan geri çəkildi, "KTMT qüvvələri sərhədə gəlsin" deyir

img

20-04-2023 [12:42]


“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını qəbul etməyə hazırdır”.

“Sputnik-Armeniya” xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

“Buna təkcə Rusiya deyil, Ermənistan da hazırdır. Biz narahatlıqlarımızla, istəklərimizlə bağlı məsələləri müəyyən etmişik. Missiyanın effektiv olmasını istəyirik. Bu, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir. Biz bu istiqamətdə müzakirələri davam etdiririk”, - o bildirib(Report).

Mia.az xəbər verir ki, buna qədər Paşinyan iqtidarı nəinki KTMT-ni qəbul edir, hətta bu təşkilatın üzvlüyündən belə çıxamağa hazırlaşdıqlarının anonsunu verirdilər. Xüsusən də Avropa İttifaqının missiyasının sərhədə gəlişindən sonra Ermənistanda Rusiyaya bağlı qüvvələrə qarşı həmlələr güclənib.

Buna görə. indi onun belə qəfil geri çəkilməsi isə maraq doğurmaya bilməz.

Bəziləri bunu son sərhəd döyüşləri ilə əlaqələndirsə də, böyük bir qrup Rusiyanın rəsmi İrəvana təzyiqlərinin pik həddə çatması ilə izah edir.

Samir Musayev

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA