Ramazan bayramı ərəfəsində Nəsimi rayonunda Vətən müharibəsi Şəhid ailələri ziyarət olunub

img

20-04-2023 [11:21]


Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır.

Mia.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Dünya müsəlmanlarının ən əziz bayramlarından hesab olunan Ramazan bayramı münasibəti ilə rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri rayon icra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara  maddi yardım və bayram sovqatları çatdırılıb.

Ziyarət zamanı öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR