Bakıda qəbirlər dağıdılıb - Prokurorluq və Rus icması açıqlama yaydı (Yenilənib)
19-04-2023 [21:23]
Azərbaycanın Rus icması Zabrat qəbiristanlığındakı hadisə ilə bağlı bəyanat yayıb.
Mia.az xəbər verir ki, icmanın bəyanatında deyilir ki, Azərbaycanın rus icmasına Zabrat-1 və Balaxanı kəndləri arasında yerləşən Zabrat qəbiristanlığında vəziyyətlə bağlı bir neçə müraciət daxil olub.
“Şahidlərin təqdim etdikləri vandalizm aktlarını əks etdirən fotoşəkillərdə dağıdılmış və aşmış məzar daşları olan qəbirlər görünüb. Bundan başqa qohumlar tərəfindən əkilən ağaclar, kollar və hasar sındırılıb.
Baş verənlər sadəcə olaraq hiddət doğurur. Tolerant multikultural Azərbaycan cəmiyyətində bu, ictimaiyyətdə və mediada hiddət doğurdu. Azərbaycanın rus icması törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir və hadisəyə göstərilən diqqətə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir. Hörmətli Mehriban xanım Əliyevanın tapşırığı ilə Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə artıq Sabunçu rayonunun Balaxanı kəndindəki rus qəbiristanlığına baxış keçirilib. Bütün məzar daşlarının yenidən bərpa olunacağı vurğulanıb”, - bəyanatda qeyd olunub.
Bildirilib ki, baş prokurorun birinci müavini Elçin Məmmədov Rus İcmasının sədri, deputat Mixail Zabelinlə əlaqə saxlayıb və qəbiristanlıqda baş verən vandalizm aktları ilə bağlı bütün hadisələrin araşdırılması üçün istintaq qrupunun yaradılması barədə göstərişin verildiyini bildirib.
Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparıldığı diqqətə çatdırılıb.
Bəyanatda o da qeyd olunub ki, Azərbaycanın rus icması istintaqın gedişatını izləməkdə və ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.
***
Bakıda qəbirlərin dağıdılması faktı ilə bağlı cinayət işi açılıb.
Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, bəzi sosial şəbəkə səhifələrində Bakı şəhərində yerləşən qəbiristanlıqlardan birində qəbirlərin dağıdılmasına dair videogörüntülər paylaşılıb.
Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində naməlum şəxs və ya şəxslərin Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların üzərindəki predmetlərin zədələnməsi, xatirə daşları və lövhələrin dağıdılması kimi rüsvayedici əməllərlə qəbirlər üzərində təhqiredici hərəkətlərin etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində intensiv tədbirlər davam etdirilir.
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub