Yasamalda 3 nəfər bir nəfəri bıçaqlayaraq telefonunu əlindən alıb

img

19-04-2023 [10:30]


Bakı sakinini 3 nəfər bıçaqlayaraq telefonunu əlindən alıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbıər verir ki, aprelin 18-i saat 1 radələrində Yasamal rayonu ərazisində 3 nəfərin paytaxt sakini T.Məmmədova bıçaqla xəsarət yetirərək mobil telefonunu quldurluq yolu ilə talanmaları barədə polisə məlumat daxil olub.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri - Mirzə Hüseynov, Fərid Elayev və Əli İbrahimzadə müəyyən olunaraq saxlanılıblar. M.Hüseynovun borclu şəxs qismində axtarışda olması da müəyyən olunub.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA