Bakıda daha bir məktəbdə kütləvi zəhərlənmə - 15 şagird xəstəxanaya aparılıb

img

18-04-2023 [17:52]


Bakı şəhəri 149 nömrəli məktəbdə şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

TƏBİB-dən Mia.az-a bildirilib ki, təcili tibbi yardım briqadaları çağrış ünvanına cəlb edilib:

"Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (8-i qadın cinsi, 7-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmətlər göstərilib. 9 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 6 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".

Lamiyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR