Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb - FOTOLAR
18-04-2023 [15:39]
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.
Mİa.az xəbər verir ki, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, aztəminatlı ailələrin nümayəndələri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub. İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Mərasimdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirakçıları qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib və ən səmimi arzularını çatdırıb.
İlahi hikmətlər xəzinəsi “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayının insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini söyləyib. Milli və dini tolerantlığın hökm sürdüyü ölkəmizdə bütün dini bayramların, o cümlədən də Ramazan bayramının hər il təntənə ilə qeyd edildiyini diqqətə çatdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın bütövlüyünün bərpa olunmasında və tarixi Zəfər qazanılmasında şəhidlərimizin böyük xidməti olduğunu vurğulayıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğıdan danışıb. Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən dövlət siyasətinin Şirvan şəhərində də davam etdirildiyini qeyd edib. İlqar Abbasov Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət, yaxınlarına bir daha başsağlığı verib, onlara səbir diləyib.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən oğulların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıb. Mərasim boyu Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgəsi üzrə qazisi Hüsnü Həsənov, Şirvan şəhər Həzrət Əbəlfəzl məscidinin imamı Şahəli Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayının fəzilətlərindən danışıblar.
İftar süfrəsi zamanı şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə şəhid ailələri adından şəhid atası Alim Zülfüqarov ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.
Ləman
MİA.AZ
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub