Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin diqqətinə: quru yolla gəlişə icazə verildi

img

18-04-2023 [12:44]


Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və onların valideynlərinə quru yolla gediş-gəlişə icazə verilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan mayın 10-dək quru sərhədlər vasitəsilə Azərbaycana daxil olmalarına icazə verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR