Balakəndə 58 yaşlı kişi arvadını bıçaqladı

img

18-04-2023 [10:31]


Balakən rayonunun Mahamalar kənd sakini 1965-ci il təvəllüdlü Bilal Piriyev aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı 58 yaşlı R.Piriyevaya bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Mia.az-a bildirib ki, hadisəni törədən şəxs saxlanılıb və qadının xəsarəti ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub.

Faktla bağlı rayon polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA