Bu şəxslər yenidən İctimai Şuranın üzvləri oldu - SİYAHI

img

12-04-2023 [17:05]


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın yeni üzvləri seçilib.

Mia.az-ın məlumatına  görə, bu gün baş tutan tədbirdə namizədliyi irəli sürülən 12 nəfərdən aşağıdakı 9-u yenidən  AQTA yanında İctimai Şuraya gətirilib:

1. Abbasov Pərvin Əkbər oğlu - “Report”un baş redaktor müavini

2. Abdullayev Əbdülhüseyn Məmməd oğlu - “Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası” İctimai Birliyinin sədri

3. Eyyubov Samir Kürdoğlu oğlu - "Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın İdarə Heyətinin sədri

4. Məmmədov Amin Fəramiz oğlu - Azərbaycan Milli QHT Forumunun (MQF) Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri

5. Qaraşov Fərhad Arif oğlu - “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri

6. Quliyev Bəşir Şain oğlu - “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın İdarə Heyətinin sədri

7. Səfərov Nazim Faiq oğlu - “Azərbaycan Heyvandarlıq Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri

8. Şamilov İlqar Şahvələd oğlu - "Qidalanma və Sağlamlıq" İctimai Birliyinin sədri

9. Zülfüqarlı Aytac Sədrəddin qızı - Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai birliyinin sədri.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR