Ağstafada qətl: keçmiş məhkum qadını öldürüb

img

12-04-2023 [12:56]


Ağstafa rayonu ərazisində aşkarlanan meyitin şəxsiyyəti müəyyən edilib.

Mia.az Baş Prokurorluğa istinadla xəbər verir ki, Ağstafa rayonu, Poylu kəndi ərazisində naməlum qadın meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və iş üzrə 1981-ci il təvəllüdlü Dursun Nəbiyev təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin Ağstafa rayon sakini 1973-cü il təvəllüdlü Brilyant Kosayeva olması müəyyən edilib.

İbtidai istintaq davam etdirilir.

Xatırladaq ki, D.Nəbiyev 2006-cı ildə 2 nəfəri qətlə yetirib və 16 il həbs cəzası alıb. O, 2022-ci ilin avqustunda azadlığa buraxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR