Bəşəriyyəti böyük fəlakətlərə sürükləyən ideologiya - DARVİNİZM
12-04-2023 [11:58]
Darvinizm Allahın varlığını və birliyini, insanların Rəbbimiz qarşısında məsuliyyət daşıdığını inkar edir. Materializmin və din əxlaqına zidd cərəyanların təməlini darvinizm təşkil edir. Bu səbəbdən elmi cəhətdən təkzib edilsə də, ideoloji qayğılarla müdafiə edilir.
Kainatın və insanın kortəbii təsadüflərin əsəri olduğunu irəli sürən darvinist-materialist cərəyanlar “heyvan növü” olan insanlar arasındakı münasibətlərin də heyvani olduğunu iddia edirlər. Bu azğın təfəkkür eqoistliyi, zalımlığı, dava-dalaşı, münaqişəni, adam öldürməyi normal hesab edir. Mərhəmət, sevgi, şəfqət, hörmət kimi duyğuları təkamül prosesini ləngidən maneə kimi qəbul edir. Darvinist təlqinlərlə insan sevgisindən uzaq, zalım, təcavüzkar, mənfəətpərəst insanlar yetişir.
Darvinizm 150 ildən çoxdur ki dinsizliyi, əxlaqsızlığı, anarxiyanı, dava-dalaşı və münaqişəni cəmiyyətə təlqin edir və bu təlqinlər böyük sosial fəlakətlərə səbəb olur. Müharibələr, qırğınlar, anarxiya və terror hadisələrilə keçən 20-ci əsr bunun sübutudur. Digər millətləri “təkamül prosesi tamamlanmamış” heyvan növü hesab edən, ancaq münaqişəylə inkişaf etməyin mümkün olduğunu irəli sürən, insanlar arasında da vəhşi təbiət qanunlarının keçərli olduğuna inanan kütlələr dünyanı qan gölünə çeviriblər.
Dövrümüzdə də güclü darvinist təbliğat davam edir. Məsuliyyətsizlik təlqini verilən gənclər əxlaqsızlığa sürüklənir. Digər insanların dəyərsiz olduğu təlqin olunaraq onları zalımlıqla əzməyə, münaqişənin normal olduğu deyilərək dava-dalaşa, anarxiyaya təşviq edilirlər. Bir çox ölkə darvinizmdən qaynaqlanan sosial problemlərlə mübarizə aparır.
Vəziyyət belə olduğuna görə bəşəriyyət darvinizmin yalanlarına və təhlükələrinə qarşı xəbərdar edilməlidir. Bu qədər təhlükəli zehniyyətin ideoloji cəhətdən zərərsizləşdirlməsi həyati əhəmiyyət daşıyır. Belə ki, darvinizmi və təhlükələrini qavramayan insanlar darvinizmə qarşı aparılan elmi mübarizənin də əhəmiyyətini anlamırlar.
Bu şəxslər darvinizmə qarşı elmi mübarizə aparmaq əvəzinə bu mübarizəyə barmaqarası baxır, ondan geri qalmaq üçün müxtəlif yollara əl atırlar. Bəziləri “darvinizmin əslində o qədər vacib məsələ olmadığını” deyərək bu elmi mübarizəni əhəmiyyətsiz görməyə və göstərməyə çalışır. Bəziləri də İslamla təkamül nəzəriyyəsi arasında “ortaq yol” tapmaq istəyir. Bunun üçün darvinizmlə İslamı əlaqələndirməyə çalışırlar. “Darvinizmi islamlaşdırmaq cəhdi” kimi səciyyələndirilən bu meyil çox ciddi səhvlərə yol verir. Müsəlman əsla darvinizmlə İslam arasında ideoloji uzlaşma axtarmaz. Səmimi iman gətirənlər Allahı və yaradılışı inkar edən bir nəzəriyyə ilə uzlaşa bilməzlər. Üstəlik, Quran ayələrində də, Peyğəmbərimizin (səv) hədislərində də təkamülə işarə edən heç bir izah yoxdur.
Bir daha xatırladaq ki, inanclı insanların yaradılışa tamamilə zidd olan bir nəzəriyyəni təhlükəsiz və zərərsiz hesab etmələri, onun şaxələnməsinə tamaşa etmələri darvinizmin cəmiyyətdə yayılmasına və labüd olaraq ateizmi gücləndirməsinə dolayı yolla dəstək olacaq. Bu səbəbdən dindarlar təkamül nəzəriyyəsinin təməlindəki fəlsəfi fikri yaxşı anlamalıdırlar: təkamül nəzəriyyəsi materialist fəlsəfənin “elmi” üslubla ifadə edilməsidir. Materialist fəlsəfə isə “dinsizliyin dini”dir.
Quranda “Barı, ... ağıl və fəzilət sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər!” (Hud surəsi, 116) ayəsi ilə yer üzündə əmin-amanlığın və asayişin pozulmasına səbəb olan ünsürlərə qarşı mübarizə aparmağın vacibliyinə işarə edilir. Dövrümüzdə əmin-amanlığı pozan cərəyanların kökündə darvinizm dayanır. Səmimi müsəlmanlar da bu həqiqəti dərk etməli, təhlükəyə barmaqarası baxmaq əvəzinə bütün imkanlarını səfərbər edərək ona qarşı ideoloji mübarizə aparmalıdırlar.
Nəzakət
MİA.AZ
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.