Polis əməliyyatı: daha 10 kiloqrama yaxın narkotik aşkarlanıb

img

12-04-2023 [10:49]


Polis ötən gün 10 kiloqrama yaxın narkotik aşkarlayıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadıa bildirir ki, polis əməkdaşlarının aprelin 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,6 kiloqrama yaxın heroin, 5,3 kiloqramdan çox marixuana, 1,3 kiloqrama yaxın tiryək, 450 qramdan çox metamfetamin, 2970 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA