Bakıda sexdə yanğın: iki nəfər yanaraq ölüb

img

10-04-2023 [09:29]


Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində yanğın olub.

Mia.az xəbər verir ki, baş vermiş yanğın nəticəsində hazırda şəxsiyyətləri məlum olmayan 2 nəfər sexin içərisində yanıb ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın nəzarətə götürülərək söndürülüb, 370 kv.m sahəsi olan sexin 44 kv.m-i yanıb, geri qalan hissəsi isə yanğından mühafizə edilib.

FHN-nin Əməliyyat-İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinə baxış keçirilməklə araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR