İcra Hakimiyyəti: "Rəsulzadənin adı küçədən götürülməyib"
09-04-2023 [22:13]
Şirvan Şəhər İcra Hakimiyyəti Şirvan şəhərində M.Ə.Rəsulzadənin adını daşıyan küçədən guya adının götürülməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib.
Bu barədə İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, bəzi sosial şəbəkələrdə və Youtube kanallarında Şirvan şəhərində Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçədən guya adının götürülməsi ilə bağlı yanlış məlumatlar yayılıb:
"Bununla əlaqədar bildiririk ki, Şirvan şəhərinin mərkəzi prospektlərindən biri Məhəmməd Əmin Rəsulzadənin adını daşıyır, şəhərin Hacıqəhrəmanlı qəsəbəsində də Məhəmməd Əmin Rəsulzadə küçəsi mövcuddur. Prospekt şəhərin Xəqani küçəsindən başlayaraq Naxçıvan küçəsinə qədər olan ərazini, Hacıqəhrəmanlı qəsəbəsində isə mərkəzi küçəni əhatə edir.
Hazırda “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” na uyğun olaraq, Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan prospektdə və küçədə abadlıq və quruculuq işləri aparılır.
Belə ki, Şirvan şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidənqurulması istiqamətində görülən işlər çərçivəsində şəhərin Məhəmməd Əmin Rəsulzadə prospektinin bir hissəsində diametri 400 mm-lik olan, uzunluğu 650 p/m yeni kanalizasiya şəbəkəsinin qurulması işləri davam etdirilir.
Hacıqəhrəmanlı qəsəbəsi Məhəmməd Əmin Rəsulzadə küçəsində isə abad məhəllənin salınması üçün hazırlıq işləri aparılır. Şəhər mərkəzi ilə yanaşı 2023-cü ildə qəsəbələrdə də abad məhəllələrin salınması ilə əlaqədar layihələndirmə işləri başa çatdırılıb. Layihə üzrə şəhərin Hacıqəhrəmanlı qəsəbəsi Məhəmməd Əmin Rəsulzadə və Bayramlı qəsəbəsi Mirzə Ələkbər Sabir küçələrində salınacaq abad məhəllələrdə sakinlərin istirahəti üçün lazımi şərait yaradılacaqdır. Burada söhbətgahlar, uşaq əyləncə qurğuları, oturacaqlar quraşdırılacaq, ərazi abadlaşdırılaraq yaşıllaşdırılacaqdır.
Sosial şəbəkə istifadəçilərdən və jurnalistlərdən əsassız məlumatların yayılmamasını və vətəndaşlarda çaşqınlıq yaratmamalarını xahiş edirik".
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib