Deputat İranı "topa tutdu": "Bu ölkə qədər islama xəyanət edən ikinci ölkə yoxdur" - “İran min illik xasiyyətindən, xarakterindən yenə də əl çəkməyib”

img

07-04-2023 [11:38]


“İran min illik xasiyyətindən, xarakterindən yenə də əl çəkməyib”.

Mia.az xəbər verir ki, bu sözləri deputat Nizami Cəfərov Milli Məclisin bugünkü iclasında çıxışında deyib.

O bildirib ki, İran 7-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər Azərbaycan xalqının hüquqların pozub: "İndi də həmin xüsusiyyətlərini də davam etdirir. İslam düşüncələri tarixində İran həmişə atəşpərəst olub. İran qədər islama xəyanət edən ikinci ölkə yoxdur. Onların düşüncəsində, təfəkküründə, hətta mədəniyyətlərində belə islam deyəndə Avestanı nəzərdə tuturlar. Bu yenə də davam edir, lakin prinsipial səhvlərə davam etməklə baş verir. Azərbaycan parlamentindən İran nə gözləyir?! Parlamentimiz dəfələrlə İrandakı Azərbaycan xalqına azadlıq, təhsil, məktəb istəyib. Baxın, biz sizdən bunu istəyirik”.

Lamiyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...