Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı iştirakçılarına müraciət edib
06-04-2023 [11:49]
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı iştirakçıları və təhsil ictimaiyyətinə müraciət edib.
Mia.az xəbər verir ki, mərkəzin yaydığı məlumata görə, martın 5-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarını elmi məqsədlər üçün növbəti imtahanların layihələşdirilməsində istifadə etməmək qərarı verib və daha çox imtahan iştirakçılarının, təhsil ictimaiyyətinin maarifləndirilməsi məqsədilə imtahanın məzmununu açıq şəkildə təqdim edir.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahı və onların dövlət standartları, eləcə də tədris proqramına uyğunluğu ilə tanış ola bilərlər.
Martın 12-də keçirilən imtahanda istifadə olunan tapşırıqlar da növbəti həftə müvafiq qaydada təqdim olunacaq.
Hər kəs bir daha buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqlarının ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlandığı və 2008-ci ildən etibarən tətbiq olunan müvafiq fənlər üzrə təhsil proqramı – kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət etdiyinin şahidi ola bilər.
Dövlət İmtahan Mərkəzi tərəfindən bu imtahanlar layihələndirilərkən müvafiq dövlət standartları və onların tələbləri əsas götürülür. İmtahanda istifadə olunan bütün tapşırıqlar bəlli standartlar üzrə bilik və bacarıqları yoxlamaq üçündür.
Cədvəllərdə siniflər üzrə fənn kurikulumu alt standartlarının ümumi sayı, 11-ci sinif buraxılış imtahanlarında yoxlanıla bilən alt standartların sayı və faktiki imtahanda yoxlanılan alt standartların sayı göstərilib. Məsələn, riyaziyyat fənni üzrə istifadə olunan tapşırıqlara baxsaq, 11-ci sinif səviyyəsi üzrə yalnız bir alt standartın yoxlanıldığının şahidi ola bilərsiniz. Digər tapşırıqlar 5-10-cu sinif səviyyəsi üzrə alt standartların yoxlanılmasına aiddir. Təqdim olunan izahlarda isə hər bir tapşırığın konkret olaraq hansı standartı yoxlamağa xidmət etdiyini də görə bilərsiniz.
İmtahanlar eyni struktur, standart və tələblər əsasında hazırlanır. Sadəcə şagirdlərin bu imtahanların çətinlik səviyyəsi haqqındakı təəssüratları onların hazırlıq səviyyələrindən asılı olaraq fərqlənir. Belə ki, hazırlıqlı şagirdlər üçün suallar asan, zəif şagirdlər üçün çətin görünə bilər. Lakin imtahanların nəticələri elmi-statistik cəhətdən təhlil olunmadan onun mürəkkəblik səviyyəsi haqqında qəti fikir söyləmək düzgün deyil. Bu yaxınlarda son 4 ilin göstəriciləri ictimaiyyətə təqdim olundu. Hamısı bir-birinə yaxın idi. İlkin təhlillərə əsasən, builki imtahan nəticələrinin də ötənilki ilə müqayisədə təxminən bərabər olduğunu söyləyə bilərik. Fərq statistik xəta çərçivəsində ola bilər. Geniş təhlillər bütün istiqamətlər üzrə nəticələr elan olunduqdan sonra ictimaiyyətə təqdim olunacaq. Ötən il keçirilən imtahanların müfəssəl təhlili də yaxın vaxtlarda “Abituriyent” jurnalının 12-ci sayında dərc olunacaq.
Martın 5-də keçirilən imtahanların nəticələrinin gələn həftə ərzində elan olunması nəzərdə tutulur. Hər bir şagird öz imtahan nəticəsi səhifəsinə daxil olub yazdıqları, həmçinin ətrafl yazılı cavab tələb edən tapşırıqlar üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola biləcək.
Valideynlərə, müəllimlərə və ekspertlərə bir daha tövsiyə edirik ki, imtahanda istifadə olunan test tapşırıqları, yoxlanılması zəruri olan standartlar, şagirdlərin nəticələri elan olunandan sonra isə onların yazı işləri ilə diqqətlə tanış olsunlar və bunlar geniş təhlil olunsun. Bu təhlillər şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yön verməli və onların gələcək imtahanlara daha da yaxşı hazırlaşmaları üçün zəmin yaratmalıdır.
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib