Uşaq evindən "dəlixana"ya göndərilən uşaqla bağlı açıqlama verən baş həkim vəzifəsindən azad olunub

img

05-04-2023 [09:54]


1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki,  bu barəəd Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaş həddi ilə bağlı baş həkimlə müqaviləyə xitam verilib.

Xatırladaq ki, o, 3 saylı Uşaq Evindəki neqativ hallara etiraz edən azyşalı barədə ötən gün qarşı tərəfi ittiham edən açıqlama verib. Baş həkim bildirib ki, iddia olunduğu kimi, uşaq xəstə deyil.

O, hətta Uşaq evinin uşağə qəbul etmədiyini də açıqlamışdı.

Mia.az  

 


Digər xəbərlər
SON XƏBƏRLƏR