Xaricdə oxuyan daha 30 nəfərin diplomu tanınmadı

img

04-04-2023 [15:16]


Mart ayında xaricdə təhsil 516 nəfər diplomlarının tanınması üçün müvafiq quruma  müraciət edib.

Mia.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, onladan cəmi 486-nın diplomu tanınıb: "Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 219, Rusiyadan 110, Türkiyədən 95, Belarusdan 25, Gürcüstandan 19, digər ölkələrdən isə 48 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 74, maliyyə üzrə 67, menecment üzrə 39, hüquqşünaslıq üzrə 35, bizensin idarə edilməsi üzrə 31 müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 10 iş günü təşkil edib.

Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR