3 uşaq anası gəlin 42 yaşlı qayınatasını küçədə güllələdi: "Namusumu təmizlədim..." - FOTO

img

04-04-2023 [11:52]


Türkiyənin Şanlıurfa şəhərində gəlin qayınatasını küçədə güllələyib.

Mia.az Türkiyə telekanallarına istinadla xəbər verir ki, Şanlıurfanın Paşabağı Məhəlləsində baş verən hadisədə Hülya B. adlı qadın 42 yaşlı qayınatası Ferdini küçənin ortasında "güllə yağışı"na tutub.

Məlumata görə, yerdə uzanıqlı qalan qayınatasına sonuncu gülləni də sıxan qadın bağıraraq "namusuma toxundu, namusumu təmizlədim", - deyib.

Hadisə yerinə gələən polis və təcili yardım yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qayınata 3 uşaq anası olan gəlininin "uyğunsuz görüntüləri"ni sosial şəbəkədə yayıb. 

Məlumatda o da deyilir ki, gəlinin əri həbsdədir.

Ləman

Mia.az

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR