Tovuzda ərazi dairəsinin mühəndisi rəhbərindən şikayət edir

img

03-04-2023 [23:08]


Tovuz rayon icra hakimiyyətinin Tovuz şəhər inzibati ərazi dairəsinin mühəndisi  işləyən Vəliyeva Hicran Talıb qızı rəhbərindən şikayətlənib.

 Mia.az xəbər verir ki, onun Gununsesi.info-da aşağıdakı məzmunda şikayəti yayılıb.

"Mən ali təhsilli inşaat mühəndisiyəm. Tovuz rayon inzibati ərazi dairəsi üzrə nümayəndə Yaşar İbrahimov əmək məcəlləsini pozaraq, heç bir əsas olmadan mənə yazılı töhmət elan edib. Töhmət elan edilərkən bunun qanunsuz olduğunu, məndən izahat tələb olunmadığını bildirmişəm və buna sərt etiraz etmişəm.

Həmçinin, tənbeh aldığım Mart ayı ərzində tabel cədvəlini gizlədərək, mənim tabel cədvəlinə imza atmağıma maneə yaratmış və əmək qanunvericiliyinə zidd olaraq, vəzifə səlahiyyətlərini aşaraq aylıq əmək haqqımın ödənilməsinə maneə yaratmışdır. Buna qədər, Tovuz şəhər inzibati ərazi dairəsində işlədiyim 8 il ərzində öz vəzifəmi yerinə yetirmişəm və heç bir intizam tənbehi və ya xəbərdarlıq almamışam.

Tovuz şəhər inzibati ərazi dairəsi nümayəndəsi Yaşar İbrahimovun əsas məqsədi mənə təyziq edərək qanunsuz işdən azad olunmama əsas yaratmaqdır. Bu məsələdə mənə köməklik göstərmənizi xahiş edirəm.

Hörmətlə,

Hicran Vəliyeva,

Tovuz şəhər inzibati ərazi dairəsində mühəndis".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR