Türkiyənin səsdən sürətli ilk raketi sınaqdan çıxarıldı - Selçuk Bayraktardan daha bir möhtəşəm VIDEO

img

01-04-2023 [00:28]


"Baykar" texnoloji şirkətinin lideri Selçuk Bayraktar Türkiyənin dünyanı lərzəyə salacaq ilk yeni supersonik raketinin uğurla sınaqdan çıxarıldığının müjdəsini verib.

Mia.az xəbər verir ki, Bayraktar bu barədə Tviter-dəki hesabında video paylaşıb.

O bildirib ki, "Bayraktar AKINCI TİHA" ilə ilk dəfə atılan milli istehsallı İHA-230 supersonik raketi sınaq atəşində 140 kilometrdəki hədəfi dəqiq  zərbə ilə məhv edib.

Açıqlamaya görə, Müdafiə Sənayesi Rəhbərliyinin rəhbərliyi ilə həyata keçirilən Bayraktar AKINCI Layihəsi çərçivəsində Baykar tərəfindən milli və orijinal olaraq hazırlanmış yeni yerli istehsal sursat və sistemlərin Bayraktar AKINCI TİHA-ya inteqrasiyası davam edir.

Fərid

Mia.az


 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR