Kılıçdaroğlu Akşeneri ziyarət etdi: "Təhdidlə, şantajla siyasət olmaz" (FOTO)

img

31-03-2023 [20:57]


Türkiyədə Meral Akşenerin lideri olduğu İYİ Partiyanın İstanbul təşkilatına silahlı hücum ölkənin bir nömrəli gündəmi olub.

Mia.az xəbər verir ki, hadisədən sonra mayın 14-də Türkiyədə keçriləcək prezident seçkilərində namizəd olan Kamal Kılıçdaroğlu İYİ partiyanın Mərkəzi Qərqargahına gedib.

O, baş verənləri siyasətdəki təhdid üslubu ilə bağlayıb: "Siyasətdə təhdid dilinin hansə nəticələr doğurduğunu hamımız görürük. Xüsusən dövləti idarə edən şəxs üslubuna diqqət etməlidir. Təhdidlə, şantajla siyasət olmaz. Hələ-hələ hörmətli Akşener xanıma qarşı heç olmaz. Hörmətli Akşener siyasətdə təcrübəli olmaqla yanaşı, heç bir şantaja boyun əyməyəcək bir liderdir. Ona və partiyalı silahdaşlarına "keçmiş olsun" deyirəm. Ayrıca polisimizə, silahlı şəxsi həbs etdiyi üçün polis təşkilatımıza təşəkkür edirəm".

Xatırladaq ki, az əvvəl Türkiyənin Daxili işlər naziri Süleyman Soylu Tviter-dəki səhifəsində İYİ Partiyanın İstanbul təşkilatına silahlı hücum edən şəxsun tutulduğunu bəyan edib.

Lamiyyə

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR