31 mart soyqırımı: Niyə gözləyirik ki, təbligat üçün qrant alıb hansısa Avropa ölkəsinə gedəcəyik?

img

31-03-2023 [20:02]


105 il bundan əvvəl ermənilər Azərbaycanda 4 gün ərzində Bakı şəhəri də daxil olmaqla müxtəlif bölgələrdə azərbaycanlıları kütləvi şəkildə qətlə yetiriblər. Bu soyqırım aktı ölkəmizdə hüquqi qiymətini alıb, 1998-ci il martın 31-dən başlayaraq, hər ilin bu günü ermənilərin azərbaycanlılara qarşı soyqırım günü kimi qeyd edilir.

Mia.az-ın məlumatına görə, bu, təkcə bir təqvim gününün qeyd olunması deyil. Bu tarixi vəhşiliyinn arxasında etnik təmizləmə niyyəti, azərbaycanlıların fiziki məhvi, mədəni-tarixi irsinin darmadagın edilməsi planı dayanırdı. 

Qeyri-Hökumət Təşklatlatına (QHT) Dövlət Dəstəyi Agentliyi bu gün QHT-lərin və media nümayənlərinin iştirakı ilə müzakirə keçirdi və soyqırım hadisəsini tədqiq edən tarixçilərimiz Azərbaycan tarixinin həmin dövründə baş verən qanlı hadisələrdən danışdı. Ölkə olaraq bu qırgının araşdırılması, yeni faktların toplanması, gənc nəslin öyrədilməsi, beynəlxalq aləmə səsimizin çatdırlması üçün bu neçə illər ərzində dayanmamışıq, hüquqi-siyasi iradə göstərmişik. Dünyanın bir sıra ölkələrində çoxsaylı aksiyalarımız olub, ədəbiyyat yaymışıq. Amma yenə də, bu bir əsrlik faciənin sanballı cavabını verə bilmirik. Yenə də hansısa sahədə tədbirlər yetərincə deyil, auditoriya düzgün seçilmir, yaxud sözümüzü deməyə ictimai-siyasi platforma tapa bilmirik. 
Səbəb nədi? Niyə əlimizdə kifayət qədər tarixi faktlar, danılmaz mənbələr olsa da, biz bu hadisəyə beynəlxalq diqqəti kifayət qədər təmin edə bilmirik? Mən özümüzdən başlayaq, deyəcəm, təbii ki. Çünki hər kəsdən əvvəl gərək evimizin içində bu soyqırım faciəsindən dünyaya haray çəkilməlidi. Mediada son bir həftə ərzində tarixçilər, QHT ekspertlərinin çıxışını izlədikcə, düşünürəm ki, ölkə daxilində bizim 31 mart soyqırımının diqqətə çatdırılması sahəsində həqiqətən, bəlli bir əksikliyimiz var.  

Biz zamanın nəbzinə uymadan çalışırıq. Biz xoşumuz gəlməyən trendləri tənqid etməkdənsə, bunu özümüzə xidmət edən formaya sala bilmirik. Bu günki tədbirdə də dedim. Ölkədə sosial şəbəkələr var, bəzən heç xoşumuza gəlmir orada baş verənlər. Özümüzə sıgışdırmırıq burada hesab açmagı. Amma həqiqət budu ki, indi məhz həmin platformalar insanı cəlb edir. Onların kontingentində düzdü, siyasətçilər, qərar qəbul edənlər, ekspertlər, mütəxəssislər çox deyil. Amma sizi inandırıram, biz tezliklə, o kontingentin arasında sadaladıgım zümrəni də görəcəyik. Niyə? Çünki, orada auditoriya var. Səsini çatdıra bilirsən, yayırsan, göstərirsən, rəyləri toplayırsan, səni oxuyurlar, görürlər, cavab verirlər. Bir təbligatı qurmaq üçün daha nə lazımdı ki? 

Sosial şəbəkələr dəbə düşən zamanlarda orada hesabı olanlara əyri baxırdılar. Sosial hesabı olan qızı almaq istəməyənlər vardı hətta. İndi baxın tik-toka, nə qədər hicablı var orada: ianə toplayır, dini təblig edir, tanışlıq qurur, dini məsliclərə dəvət edir, mal satır, onlayn alver edir, yemək bişirir. Ramazan ayı başlayandan müxtəlif təriqətlərə məxsus onlarla adam dini təbligat aparır. Gecə səhərə qədər yuxarıda sadaladıgım işlərlə məşguldurlar. 

Biz niyə gənclərdən, tələbələrdən ibarət qruplar yaradıb həmin platformalarda bizim tarixi faciələrimizə dair təbligat, maarifləndirmə, cagırışlar, canlı yayımlar, yarışlar etmirik? Hanı bizim onlayn kitablarımız? Özü də təkcə təqvim günlərində yox, bütün il boyu bizim bu hesablarda sözümüzü deməyə imkanımız oldugu halda, niyə gözləyirik ki, haradansa qrant alıb hansısa Avropa ölkəsinə gedəcəyik və orada hansısa binanın qabagında 1-2 saat dayanacagıq, hansısa ədəbiyyat paylayacagıq və bunu da kimin oxudugunu ömrümüzün sonuna qədər bilməyəcəyik? 

Biz Hərbi Qənimətlər Parkını yaradanda ermənilərqarışıq içimizdəki “insan təəssübkeşlər”i boy qaldırıb topa tutmuşdu bizləri: erməni əsgərlərinin maketləri “insanlıga sıgmırmış”.

İrəvanda daşnak cəlladı Teyleryanın abidəsi var: ayagının altında Tələt Paşanın kəsilmiş başı. Biz belə bir abidənin vəhşiliyin, antiinsanlıgın təbligatı oldugunu niyə dünyanın gözünə soxmuruq? Eninə-uzununa, hər yerdə, qarşımıza çıxan qruplarda, sosial hesablarda yaymırıq, qamçılamırıq, müzakirə açmırıq? 

Hər bir təbligatın gücü detallardadı. Bəzən bizə əhəmiyyətsiz görünən məsələ böyük işlərə cıgır aça bilər. Detalların üstünə gedək. Bizə dolayısı görünən faktları qabardaq. Bu kiçik cıgırlar bizi böyük hədəfə aparacaq.

Zülfiyyə Mustafayeva

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR