ABŞ tarixində bir ilk: "Dərin dövlət"ə meydan oxuyan Tramp zorlama ittihamı ilə hakim qarşısına çıxarılır

img

31-03-2023 [09:37]


Zorlama ittihamı ittiham olunan ABŞ-ın sabiq prezidenti Donald Tramp hakim qarşısına çıxarılır.

Mia.az NTV-yə istinadla xəbər verir ki, Amerika tarixində ona qarşı rəsmi ittiham irəli sürülən ilk prezident olacaq Donald Tramp porno ulduzu Stormi Daniels ilə zorla cinsi əlaqədə olmaq və daha sonra ona susmaq üçün 130 min dollar rüşvət verməkdə ittiham olunur.

Məlumata görə, keçmiş prezident yaxın günlərdə Nyu York Böyük Münsiflər Heyətinin qarşısına çıxarılacaq. Əgər heyət onu günahkar bilsə, o zaman Trampın yolu həbsxanaya uzanacaq.

Məlumata görə, Tramp ona qarşı irəli sürülən ittihamları qondarma sayır.

Saiq prezident bu barədə yazılı açıqlama yayıb.

Tramp açıqlamasında irəli sürülən ittihamı "siyasi" adlandırıb və bunu qarşıdan gələn prezident seçkilərinə qatılmasına mane olmaqla izah edib: "Bu, indidən "seçkilərə müdaxilə"dir".

Xatırladaq ki, həbs təhlükəsinə qarşı Tramp martın 18-də tərəfdarlarına çağırış edib. O, hamını Nyu-York Məhkəməsinin qarşısına çağırıb: "Mənim həbsimi əngəlləmək üçün hamınızı məhkəmənin qarşısında gözləyəcəm".

Yeri gəlmişkən, martın 6-da Merilend ştatında konfransda çıxış edən Donald Tramp həm Prezident Baydenə, həm də  Amerika "Dərin Dövləti"nə meydan oxuyub.

O, burada da barəsində açılan cinayət işlərini saxta olduğunu bəyan edərək, deyib ki, belə çirkin yollarla qarşısını ala bilməyəcəklər: "Mən bu dəfəki seçkidə Co Baydeni Ağ Evdən çıxaracam. Mən məni yılxan Amerika "dərin dövləti"ni bir günə bitirəcəm..."

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR