Bakıda aksiya: Nurlan Cəfəriyə 15 sutka həbs cəzası verildi - DİN açıqlama yaydı

img

30-03-2023 [23:44]


Bir qrup şəxs tərəfindən qanunsuz təşkil edilən aksiya cəhdində ictimai asayişi mühafizə edən polis əməkdaşlarının fəaliyyətinə müdaxilə edən Nurlan Cəfəri inzibati məsuliyyətə cəlb edilib.

Mia.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı məlumat yayıb.

O bildirib ki, paytaxtın Yasamal rayonunda qanunsuz aksiyada polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olduğu, jurnalist etikasından kənar hərəkətlər etdiyi üçün ərazidən uzaqlaşdırılıb: "Qeyd olunan ərazidə aparılan digər çəkilişlərdə N.Cəfərinin polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla kobudluq etməsi və əl hərəkətləri onları vurmağa cəhd göstərməsi müşahidə edilib. O, bu əməllərə görə polis orqanına dəvət edilməklə etdiyi hərəkətlər sübutlarla ona əyani göstərilib. Konkret sübutlar qarşısında etdiyi hərkətlərdən peşman olduğunu bildirən N.Cəfəri barəsində toplanan materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib".

DİN rəsmisi bildirib ki, məhkəmənin qərarı ilə N.Cəfəri barəsində 15 sutka inzibati tənbeh tədbiri tədbiq edilib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR