Partiya sədri təsbehlərini satışa çıxardı: "Pula ciddi ehtiyacımız var" - FOTO

img

31-03-2023 [00:07]


Zəfər Partiyasının lideri Ümit Özdağ mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilər üçün əhalidən maddi yardım istəyib.

Mia.az xəbər verir ki, o, bu barədə Tviter sosial şəbəkədəki hesabından paylaşım edib.

Ümit Özdağ seçkidə ATA ittifaqının əsas güc mərkəzi olaraq Zəfər Partiyasının prezidentliyə namizəd Sinan Oğanı dəstəklədiyini, eyni zamanda, parlament seçkilərində öz namizədlərinin olduğunu xatırladaraq, effektli təbliğat üçün maliyyəyə ehtiyaclarının yarandığını bəyan edib.

O, hətta bu məqsədlə müxtəlif çeşidlərdən ibarət 274 ədəd təsbeh kolleksiyasını satışa çıxardığını bildirib: "Bu təsbehlərin hər biri ı2000 TL qiymətinə ianə üçün satışa çıxarılıb. Bu gün sizin maddi dəstəyinizə böyük ehtiyacımız var. Bilirsiniz, Zəfər Partiyası ianələrinizin hesabına ayaqdadır. Sağ olun ki, ən kritik anlarda həmişə əlimizdən tutubsunuz. İndi də sizdən dəstək gözləyirəm".

Lamiyyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR