Modeli ölümcül döyənlər hakim qarşısına çıxarıldı - FOTO

img

30-03-2023 [14:30]


İstanbulda gecə klubunda keçmiş sevgilisi tərəfindən ölümcül döyülən model Gizem Akbaşla bağlı məhkəmə prosesi davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün İstanbul 27-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə Gizem Akbaşı döyən keçmiş sevgilisi Mücahit İsmail Aytan və onun dostu, döyülmə olayından sonra modeli hədələyən, təhdid edən Muhammet Emre Balcının məhkəməsi davam edib. 

Məlumata görə, model və vəkili hər iki şəxsi ağır cəzalandırılmasını tələb edib. 

Onlar iddia edib ki, təqsirləndirilənlər hələ də təhdid etməkdə davam edir.

İclasda çıxış edən prokuror təqsirləndirilən hər iki şəxsə bir il cəza tələb edib.

Hakim növbəti prosesdə qərarını elan edəcəyini açıqlayıb.

İclas qeyri-müəyyən müddətə təxirə salınıb.

Ləman  

Mia.az

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR