Anelka 17 il əvvəlin sirrini açdı: "Daumun mənim yerimə Nobreni seçməsi sürpriz oldu"

img

30-03-2023 [11:03]


Bir müddət "Fənərbağça"da çıxış edən əfsanəvi futbolçu Nikolas Anelka Türkiyədə keçirdiyi günlərlə bağlı açıqlamalar verib. 

Mia.az xəbər verir ki, "Haber Global"a müsahibə verən Anelka 2006-cı ildə Dənizlidə ölkə çempionluğunu əldən vermələri barədə suala maraqlı fakt açıqlamaqla verib.

"Fənərbağça"nın o zaman təklifini çəkinmədən qəbul etdiyini deyən Anelka bildirib ki, komandanın Çempionlar Liqası hədəfi var idi: "Buna görə düşünmədən təklifi qəbul elədim. Mən Türkiyədə futbolun texniki tərəfinin çox güclü olduğunu düşünürdüm. Ona görə tərəddüd etmədən gəldim və həqiqətən "Fənərbağça"da çempionluq yaşamaq istədim. Ancaq Dənizlidə yaşadığımız o an sürpriz idi. Məşqçimiz Daumun həmin matçda Nobreni seçməsi məni təəccübləndirdi. Bu gözlənilməz qərar idi. Yəqin matçdan bir gün əvvəl Fransa millisinin heyəti açıqlandı və mən o heyətdə yox idim - bu Dauma qərarında təsir edib. Düşünürəm ki, o, mənim ruhdan düşdüyünü zənn edib belə qərar  verdi. Düzdür, Nobre də yaxşı hücumçu idi, lakin zədədən yeni çıxmışdı. Ona görə də sürpriz oldu".

Franszı qoyunçu brazilyalı komanda yoldaşı Aleks barədə də danışıb: "Alekslə meydanda əla vaxt keçirdik. O, çox xüsusi oyunçu idi. Onun oyuna baxışı, cərimə zərbələri başqa idi...".

"Türkiyəni və "Fənərbaxça"nı çox sevirəm" - deyən Anelka qeyd edib ki, keçmiş komandasının parlayan gənc ulduzları Fərdi Kadıoğlu və Arada Gülər mütləq Avropa komandalarında oymalıdırlar.

Fərid

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR