Yayım şirkəti klublara pul ödəmədi, federasiya müaqaviləni ləğv etdi - Açıqlamalar

img

29-03-2023 [22:45]


Türkiyə Futbol Federasiyası 2-ci və 3-cü liqa oyunlarını yayımlayan "Fuchs Sports" şirkəti ilə imzalanan yayım müqaviləsini birtərəfli qaydada ləğv edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, federeasiya bu qərarı şirkətin üzərinə götürdüyü öhdəlikləri (klublara yayıma görə vəsait ödəməyiblər-Mia.az) yerinə yetirmədiyi ilə əlaqələndirib.

"Ajansspor"un xəbərinə görə, şirkətlə imzalanan 5 illik yayım hüququ ilə bağlı müqaviləsinə xitam verilib. 

Yayımçı şirkətə hüquqi məsləhət xidmətləri göstərən vəkil Emin Öztürk "Fuchs Sports" ilə illik 6 milyon lirəlik yayım müqaviləsinin mövsüm bitməmiş c birtərəfli ləğvindən sonra açıqlama verib: "Üzləşdiyimiz vəziyyət təəssüf doğurur. Təəssüf ki, "Fuchs" rəsmiləri ilə biz də əlaqə saxlaya bilmirik".

Bu barədə "Fuchs Sports" isə sosial media hesabında məlumat yayıb. Bildirilib ki, yaranan prtoblemi aradan qaldırmağa çalışırlar.

TFF prezidenti Mehmet Büyükekşi "Ajansspor"a adıçəkilən şirkətinn klublara ümumilkdə 30 milyon lirə borclu olduğunu və bu pulu uzun müddətdir ödəmədiyini deyib.

Fərid Aslan

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR