TRT aktyoru serialdan uzaqlaşdırdı - Məşhur aktyor deputatlığa namizəd oldu (Açıqlama)

img

29-03-2023 [22:09]


Uzun illərdir Türkiyədə müxtəlif  film və seriallarda rol alan məşhur aktyor Mehmet Aslantuğ deputatlığa namizədliyini irəli sürüb.

Mia.az xəbər verir ki, fevralın 6-da baş verən zəlzələdə məmurların yarıtmaz əməlləri barədə paylaşımlarına görə TRT-də yayımlanan "Yürek Çıkmazı" serialından uzaqlaşdırılan ustad aktyor Türkiyə İşçi Partiyasından (TİP) gələn təklifə müsbət cavab verib.

Bu barədə partiya sədri Erkan Baş "Twitter" hesabından paylaşım edib: "Onu təkcə unudulmaz rollarına görə deyil, planlı bir təxribata məruz qalan Ahmet Kayanı cəsarətlə müdafiə etdiyinə görə hər zaman minnətdarlıqla xatırlayırıq. Mehmet Aslantuğa namizədlik təklifimizi qəbul edərək bizə əlavə güc verdiyi üçün ürəkdən təşəkkür edirəm.  TİP sənindir kapitan".

Ləman

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR