Qırğız nazir Şahin Mustafayevi qəbul edib

img

29-03-2023 [17:20]


Martın 29-da Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevi qəbul edib. 

Mia.az-ın məlumatına görə, görüşdə Beynəlxalq Türk Akademiyası ilə Qırğız Respublikası arasında qarşılıqlı əməkdaşlıq məsələləri, akademiyanın fəaliyyət istiqamətləri, həmçinin 2023-cü il üzrə planlaşdırılan tədbirlər müzakirə edilib. 

Nazir J.Kulubayev qeyd edib ki, Akademiyanın fəaliyyəti türkdilli dövlətlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, təhsil, elm və texnologiyalar sahəsində inteqrasiya proseslərinin sürətləndirilməsi, gənclərin keyfiyyətli təhsil alması üçün imkanların genişləndirilməsi, pedaqoqlar və alimlərin elmi əlaqələrini və türkdilli dövlətlərin elmi-texniki və mədəni sahələrdə birgə əməkdaşlığının effektiv inkişaf etdirilməsinə yönəlməlidir. 

Akademik Şahin Mustafayev xarici işlər naziri Jeenbek Kulubayevə rəhbərlik etdiyi Akademiya və Qırğız Respublikası Təhsil və Elm Nazirliyinin birgə təşkilatçılığı ilə Bişkekdə keçirilən Akademiyanın Elmi şurasının 6-cı iclasında iştirakı haqqında məlumat verib. Akademik həmçinin Beynəlxalq Türk Akademiyası tərəfindən keçirilməsi planlaşdırılan türk tarixinə və mədəniyyətinə, eləcə də Akademiyanın fəaliyyətinə həsr edilmiş beynəlxalq konfranslar, forumlar və seminarlardan bəhs edib. 

Görüşün sonunda tərəflər Beynəlxalq Türk Akademiyası çərçivəsində qarşılıqlı əməkdaşlığa maraqlı olduqlarını ifadə ediblər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR