İran Yunanıstanda terror törətməyə cəhd göstərib - Afinada İrana işləyən 2 pakistanlı həbs olunub, üçüncü isə axtarışdadır
29-03-2023 [16:42]
"“http://xn--iranwire-o0e.com/” saytı xaricdə yaşayan peşəkar iranlı jurnalistlərin orqanıdır. Onlar da molla rejiminə qarşı mübarizə aparırlar. Sayt bir çox dildə, o cümlədən azərbaycan türkcəsində də xəbərlər yayır...".
Bu barədə Mia.az-a açıqlama verən jurnalist Elbəyi Həsənlinin sözlərinə görə, adıçəkilən sayt bu gün “Greece Uncovers Terrorist Plot; Israel Points Finger At Iran” (Yunanıstan terror planının üstünü açır; İsrail barmağını İrana tuşlayır) adlı xəbər yayıb:
ELBƏYİ HƏSƏNLİ
"Məlumatda deyilir ki, Yunanıstan bəyan edib ki, onlar Afinadakı yəhudi restoranını hədəf alan 2 pakistanlını həbs ediblər. Anti-terror polisinin dünən yaxaladığı şəxslər bildiriblər ki, onlar göstərişi İrandan alıblar. Bu insidentə görə İsrail İranı ittiham edib. İsrailin kəşfiyyat orqanı “Mossad” bəyan edib ki, Yunanıstandakı əməliyyatın bir çox ölkədə İrandan idarə olunan geniş şəbəkənin bir hissəsi olduğu üzə çıxıb. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi də oxşar bəyanatla çıxış edib. “The Times of Israel” isə yazır ki, tutulanın biri 29, digəri isə 27 yaşındadır. Onlarla bir yerdə olan üçüncü şəxs isə aradan çıxıb. Hazırda onun axtarışı aparılır".
Jurnalistin məlumatına görə, hədəf alınan restoran “Chabad House” adlanır: "Bu restoran “Kosher” restoran zəncirinə bağlıdır. Bu restoranda müxtəlif dini ayinlər də icra olunur. Həbs olunan pakistanlılar 4 ay əvvəl qeyri-qanuni yolla Türkiyədən Yunanıstana daxil olub. Polis bildirib ki, terrorçular “xüsusi rəmzi məna daşıyan hədəfi” artıq müəyyən edibmiş. “The Times of Israel” yazır ki, bəzi ölkələr, xüsusən Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Azərbaycan, Türkiyə və Bəhreynin terrora məruz qalmaq riski çox yüksəkdir.
Gördüyünüz kimi, İranın terror şəbəkəsi dünən təkcə Azərbaycanda yox, Yunanıstanda da qətl törətməyə çalışıb. Yunanıstan polisinin sayıqlığı bu qəsdin qarşısını ala bilib. Azərbaycanda isə Fazil Mustafa terror hücumuna məruz qalıb...".
Elbəyi Həsənlinin sözlərinə görə, Yunanıstanda baş verən olay bir daha göstərir ki, İran fərqli ölkələrdə terror aktları törətməkdə israrlıdır. Terrora bu qədər maraq İranda mövcud olan molla rejiminin mahiyyətindən irəli gəlir: "İsrail xarici işlər naziri Eli Kohen Ceyhun Bayramovla bu günkü görüşdə “Azərbaycan və İsrail İranın təhdidini bölüşür. İran regionumuzu təhdid edir, terrora dəstək verməklə, maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”, deməsi də təsadüfi deyil.
Yeri gəlmişkən, bu gün İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışı olacaq. O da istisna deyil ki, İran Yunanıstanda yəhudilərə, Azərbaycanda isə Fazil Mustafaya qarşı terror törətməklə bu açılışı yasa döndərmək istəyirmiş. Şübhəsiz ki, Afina və Bakıda baş verən olaylar arasındakı əlaqə dərindən araşdırılmalıdır...".
Samir Musayev
Mia.az
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib