LAÇIN YOLUNDA AKSİYADAN 108 GÜN ÖTÜR: etirazlar davam edir, erməni ailələri ərazidən maneəsiz keçirlər (Yenilənib)

img

29-03-2023 [19:12]


Qarabağ iqtisadi rayonunda sülhməramlıların nəzarəti altında olan ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyadan 108 gün ötür.

Mia.az xəbər verir ki, azərbaycanlı könüllülər bu gün də eyni tələblər aksiyanı açıq elan ediblər.

Etirazçılar ekoloji terrorun dayandırılması ilə bərabər, ərazidə monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.

Xatırladaq ki, Laçın yolu humanitar məqsədlər üçün tamamilə açıqdır. 108 gündr həm Beynəlxalq Qızıl Xaç Komitəsinə, həm də Rusiya sülhməramlılarına məxsus maşınlar yoldan maneəsiz istifadə edirlər.

Bu gün saat 09.00-dək sülhməramlıların daha 6 maşınına yoldan maneəsiz keşməsinə dəfə şərait yaradılıb.

***

Saat 09.49-a olan məlumata görə isə Beynəlxalq Qızıl Xaç Komitəsinə aid 8 maşında olan erməni ailələri aksiyanın olduğu ərazidən keçid etməklə, Ermənistana yollanıblar.

***

Bu gün saat 10.28-ə olan məlumata görə, sülhməramlıların daha 5 maşınına yoldan maneəsiz keşməsinə dəfə şərait yaradılıb. Bununla da Laçın yolunda bu gün maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərin sayı 11-ə çatıb.

***

Bu gün saat 14.50-yə olan məlumata görə, sülhməramlıların daha 69 maşınına yoldan maneəsiz keçməsinə dəfə şərait yaradılıb. Bununla da Laçın yolunda bu gün maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərin sayı 80-ə çatıb.

***

Saat 19.12-yə olan məlumata görə, sülhməramlıların daha 17 maşınına yoldan maneəsiz keşçib. Bununla da Laçın yolunda bu gün maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərin sayı 97-yə çatıb.

Ləman

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR