Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
29-03-2023 [00:07]
Qoç - qadınların rəhbərliyi altında işləyən Qoçlar çox əziyyət çəkəcəklər. Pul almağınız mümkündür. Onu əsasən ailə ehtiyaclarına və yaxınlarınızdan birinin arzularının gerçəkləşdirilməsinə sərf edəcəksiniz. Planlaşdırmadığınız səfərə gedə bilərsiniz, o, uğurlu alınacaq.
Buğa - gərgin və narahatlıq dolu gündür. Ətrafınızdakıların sizin diqqətinizə ehtiyacı var, onlar sizə öz problemlərini danışır, hansısa layihədə iştiraka dəvət edirlər. Bu səbəbdən də özünüzə vacib olan məsələlərin həllinə vaxt ayıra bilmirsiniz. Bir az hiyləgər olun.
Əkizlər - istənilən görüş, peşəkar və şəxsi xarakterli məsələlərin müzakirəsi üçün əla gündür. Əgər təşbih və təbirlərdən istifadə etməsəniz, kütlə qarşısındakı çıxışınız da əla alına bilər.
Xərçəng - çox məhsuldar gündür, istənilən məsələni həll edə bilərsiniz. İntellektual potensialınız çox yüksəkdir, xeyli maraqlı ideya və cəsarətli plan fikirləşib tapacaqsınız. Tərəfdaş axtarmağınız da uzun çəkməyəcək. Öz ideyalarınızı dilinizə gətirməyiniz kifayətdir ki, xeyli maraqlı təklif alasınız.
Şir - xırda xoşagəlməz hadisələrin baş verməsi mümkündür. Hiss edirsiniz ki, ətrafınızdakı situasiya gərgindir, insanlar anlamadığınız səbəbdən əsəbləşirlər. Şəraitdən baş açmaq cəhdləriniz isə o qədər də uğurlu olmayacaq. Sizin yaxınlarda verdiyiniz qərarlar tənqid olunacaq. Öz nöqteyi-nəzərinizi yenidən gözdən keçirmək, yeni hərəkət planı fikirləşib tapmaq lazım gələcək.
Qız - şərait yaxşıya doğru dəyişəcək. Özünüzü daha sakit və inamlı hiss edəcəksiniz. Yaxınlarınız sizi xoş xəbərlə sevindirəcəklər. Maraqlı təkliflər gözlənilir. Etibarlı insanlarla çalışmağa can atın. Yeni layihəyə başlamaq olar.
Tərəzi - bu gün eyni zamanda bir neçə tendensiyanın təsiri altındasınız, bu səbəbdən də özünüzü dağa-daşa çırpırsınız - hər halda ətrafınızdakılar belə düşünürlər. Bir tərəfdən, rahatlığa olan tələbatınız artır, siz onu əldə etmək üçün gücünüzü əsirgəmirsiniz. Başqa bir tərəfdən isə kiminləsə yarışa girmək həvəsindəsiniz.
Əqrəb - geri çəkilməyə yeri olmayan Əqrəblər daha çox əziyyət çəkəcəklər: bu gün siz hər şeydə günahkarsınız, yaxanızı qırağa çəkmək mümkün deyil. Axşama doğru situasiya düzələcək. Yaradıcı potensialınız yüksələcək və sizi narahat edən suallara cavab tapa biləcəksiniz.
Oxatan - Bu gün bir çox Oxatanlar artıq nikahda olan və ya başqasını sevən biri ilə eşq münasibətləri qurmağa çalışacaqlar. Qarşınızda yüksək məqsədlər qoyur, amma tez təslim olursunuz. Zəifliklərinizə göz yummağınız sağlam həyat tərzinizi təhlükə altına qoyur.
Oğlaq - peşəkar baxımdan gün çox mürəkkəbdir, işdə ciddi irəliləyiş gözləməyin. Vaxtınızın çoxunu münasibətləri aydınlaşdırmağa sərf edirsiniz, maraqların kəsişməsi və mənafelərin toqquşması irəliyə doğru hərəkəti mümkünsüz edir. Qadınlarla əməkdaşlıq məsləhət deyil.
Dolça - sizə elə gəlir ki, bütün problemləri bir anda, sanki sehrli çubuğun köməyilə həll etmək olar. Amma bu, illüziyadan başqa bir şey deyil. İstədiyinizi almaq üçün işləməli, hətta can qoymalı olacaqsınız. Bir məsləhət: işə nə qədər tez başlasanız, bir elə yaxşıdır.
Balıqlar - bu gün səslənən bir çox vədlər sadəcə söz yığınıdır, vəssalam. Ağla gələn ideya və qəfil planlar isə sonradan mütləq həyata keçiriləcək. Emosional fonun gərginliyi isə günü korlayır. İnsanlar özlərini qaba, hətta aqressiv aparır, dözümlü, rəhmdil olmaq istəmirlər. Bu gün həmçinin təsadüfi seksual əlaqələrin də çox olacağı gözlənilir, bunların əksəriyyətinin nəticəsi pis olacaq.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb