Nazir müavini: "Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar"

img

28-03-2023 [21:55]


"2020-ci ildə Vətən Müharibəsində Azərbaycanın şanlı qələbəsi və 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edilməsi nəticəsində regionda davamlı sülh və sabitlik üçün fürsət yaranıb".

Mia.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Yunanıstanın Milli Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, işğal dövründə həmin ərazilərdə şəhər və kəndlərimiz, o cümlədən xalqımızın milli mədəni-tarixi irsi kütləvi şəkildə dağıdılıb. Həmçinin həmin dövrdə ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıb, onları erməni məbədi kimi təqdim etməyə cəhd ediblər.

Xələf Xələfov qeyd edib ki, Azərbaycanın Kəlbəcər rayonunun Mehmana kəndində təxminən 200 il əvvəl yunanlar məskunlaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA