Ərdoğanın köməkçisi "Millət İttifaqında fırtına qopacaq" dedi: "9 aprelə qədər Türkiyədə çox şey ola bilər”

img

28-03-2023 [16:06]


Seçki gündəmini dəyərləndirən AK Partiya sədrinin seçki məsələləri üzrə köməkçisi Əli İhsan Yavuz "Millət İttifaqının parçalanacağını iddia edib.

Mia.az xəbər verir ki, CNN Türk-ə müsahibə verən Yavuzun sözlərinə görə, deputatlığa namizədlərin siyahısı elan olunanda, bu ittifaqda təmsil olunan partiyalar arasındakı ziddiyyətlər kəskin formada üzə çıxacaq:

"Bilirsiniz, bu ittifaqda millət vəkili, nazirlik və nazir müavinləri barədə razılaşmalar var. Biz irəliləyən günlərdə bu razılaşmanın necə pozuldiuğuna şahid olacağıq. Bunun üçün çox uzaq tarixi deyil, siyahıların veriləcəyi aprelin 9-na kimi gözləmək gərəkdir. Fırtınalar qopa bilər".

Ərdoğanın köməkçisi Cumhur İttifaqının genişlənə biləcəynin anonsunu da verib: "9 aprelə qədər Türkiyədə çox şey ola bilər”.

Lamiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA